UĞURLARIMIZ - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

UĞURLARIMIZ

HAQQIMIZDA
 
HİMAYƏDAR Humanitar Tərəqqi İctimai Birliyinin indiyəqədərki inkişaf təcrübəsi və   həyata kecirdiyi layihələr nəticəsində əldə etdiyi yoxsulluq, haqqsızlıq, təhlükədən və təcrid olunmadan əziyyət çəkən kişilərin, qadınların, qızların və oğlanların həyatlarına təsir göstərə biləcək  aşağıdakı  dəyişiklikləri qeyd eləmək olar:

-       MİM çərçivəsində Azərbaycanın öz üzərinə götürmüş olduğu öhdəliklərin həyata keçirilmə  səviyyəsi qiymətləndirilib. Azərbaycanda MİM çərçivəsində götürülmüş öhdəliklərə nail olunması baxımından, mühüm əhəmiyyət kəsb edən ana-uşaq ölümünün azaldılması sahəsində, xüsusən də qadın məsləhətxanalırının işinin təşkil olunması istiqamətində mövcud vəziyyət qiymətləndirilib.  Qadın məsləhətxanaları şəbəkəsində tibbi xidmətin təşkil edilməsinin səviyyəsi, ana və uşaq ölümü əmsalını azaltmaq üçün bu müəssisələrin hansı imkanlara malik olduğu öyrənilib.  Ana və uşaq ölümünün azaldılması, onlarin saglamlığının qorunması  üzrə dünya təcrübəsindən effektiv modelləri öyrənilib, nəticələrin ictimailəşməsi və həlli üzrə vəkillik fəaliyyəti göstərilib. Davamlı monitorinq vasitəsi ilə ana və uşaq ölümü əmsalını azaltmaq üçün qadın məsləhətxanalarınin imkanlarının artırılması sahəsində və  məsləhətxanalar şəbəkəsində tibbi xidmətin təşkili səviyyəsindəki  dəyişilliklər öyrənilib və «Ana və uşaqların sağlamlığının qorunması üzrə» Tədbirlər Proqramının icra  vəziyyətinin  monitorinqi aparılıb.  Ana və uşaqlara ilkin tibbi xidmətin təşkilinin yaxşılaşdırılması və bu xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə Təkliflər Paketi hazırlanıb və əlaqədar qurumlara təqdim olunub. Daha sonra uşaq və ana anemiyası ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi və informasiya ehtiyacları qiymətləndirilib və bu ehtiyacların ödənilməsinə yönəlik tibbi maarifçilik tədbirlərinin təşkil olunub.
-       Ana saglamlıq hüquqlarınım qorunmas vəziyyəti qiymətləndirilib. Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara görə  ana saglamlıq hüquqlarınım qorunması sahəsində hökumətin öhdəliklərinin yerinə yetirilmə səviyyəsi qiymətləndirilib. Bunun üçün:-a) qadınlara ixtisaslaşmış xidmət göstərən tibb müəssisələrinin monitorinqini həyata keçirilib; b) Ana sağlamlığı ilə əlaqədar olan insan haqlarını özündə ehtiva edən qanunvericilik bazası oyrənilib;c) bu məsələ üzrə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaları və milli qanunvericiliyin uyğunluğunun ekspertizası aparılıb; d) ictimai rəy öyrənilib. Və layihənin nəticələri ictimailəşdirilib.
-       Azərbaycan QHT-lərinin Gender Meynstri etmələrinə yardım göstərilib. QHT-lərinin Gender Meynstiminq barədə məlumatlanma səviyyəsi, bilik və bacarıqları artırılıb. Azərbaycan QHT-lərinin Gender Meynstiminq  barədə məlumatlanma səviyyəsi, bilik və bacarıqları artırılıb.  Qadın və kişilərin Təşkilatın strukturun transformasiyası siyasətindən və onun nəticələrindən eyni səviyyədə bəhrələnməsini təmin etmək üçün təşkilati inkişaf və fəaliyyətlərin bütün səviyyə və mərhələlərində gender məsələlərini meynstrim etməyə yardım göstərilib. QHT-lərə təşkilati səviyyədə və benefisiarlar arasında qadınların iştirakçılıq səviyyəsini artırmağa  kömək edilib.  Təşkilatın Gender Siyasətinin hazırlanması və onun qəbulu, eləcə də digər sənədlərdə dəyişiklik və yeni sənədlərin hazırlanmasına yardım göstərilib.
-       Qanun yaradıcılığı prosesində iştiraka nail olunub. MM-in müxtəlif  daimi komissiyaları ilə sıx əməkdaşlığa, ayrı-ayrı deputatlarla fərdi iş və onlardan Deputat Lobbi Qrupu formalaşdırmağa, onların köməyindən istifadə ilə müxtəlif qanun layihələri üzrə MM-də yaradılan  İşçi qruplara təşkilatın ekspert qismində üzvlüyün təmin olunmasına nail olub.
-       Qanun layihələrində dəyişikliklər. Fəaliyyətinin ilk 3 ilində sosial yonümlü 8 qanun layihəsində 10 dəyişikliyə nail olub.
-       Yoxsul insanların təhsil almaq imkanlarının artırılması üçün dövlət təhsil müəssisələrində  ödənişli təhsilin həcminin məhdudlaşdırılmasına, “Təhsil haqqında” qanunun təkmilləşdirilməsi prosesində iştiraka nail olub.    
-       Yoxsulların səhiyyə xidmətlərinə əlcatanlılıq səviyyəsi qiymətləndirilib. Bu xidmətin aşağı həddə olması müəyyənləşdirilıb, problem ictimailəşdirilib    vəziyyətin yaxşılaşdırılması üçün vəkillik fəaliyyəti göstərib.
-       YAİİDP üzrə işlər: a) YAİİDP-nın hazırlanmasinda, proqramın icrasina ictimai nəzarətin təşkilində iştirak edib və onun  monitorinqini həyata kecirib. b) YAİİDP-da Məşğulluq məsələsinin  monitoringini aparıb və alternativ “Məşğulluq Proqramı”nın hazırlanması üçün təkliflər paketi hazırlayıb.
-       Ana və uşaq saglamlığının qorunması sahəsində  mövcud vəziyyəti qiymətləndirib, ana və uşaq ölümünün real səbəblərinn müəyyənləşdirib və yoxsul qadınların ilkin səhiyyə xidmətlərinə çıxış imkanları qiymətləndirmək ücün qadın məsləhətxanalarının fəaliyyətini monitoring edib və problemləri ictimailəşdirib.
-       Neft  gəlirlərinə ictimai nəzarəti gücləndirib. ARDNF-dan Qacqın və məcburi köckünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması  və məşğulluq probleminin  həlli üçün ayrılan vəsaitlərin  xərclənməsinə ictimai nəzarəti gücləndirib və onlarin problemlərinin həllinə yardim göstərilib.
-       Neft sektorunun problemlərini tədqiq edib. Bu sektorun  bütün əsas problemlərini tədqiq edib və nəticələrini ictimailəşdirib.
-       Neft mövzusunu ictimailəşdirib. Neft mövzusunu inhisardan çıxarıb, ictimailəşdirib, nəticədə əhalidə bu məsələyə maraq  yaradıb vəonları neft məsələsinə münasibətdə aktivləşdirib (o cümlədən də regionlarda), əhalinin məlumatlılıq səviyyəsini yüksəldib, neft məsələsi statistik Azərbaycan vətəndaşının gündəlik müzakirə mövzusuna, əhalinin aktiv hissəsinin cəmləşdiyi QHT-lərin fəaliyyət prioritetlərindən birinə çevrilib.
-       Alternativ informasiya  mənbəyi yaradıb. Neft sektoru üzrə rəsmi mənbələrə alternativ informasiya  mənbəyi yaradıb və icimaiyyətin  obyektiv informasiyaya çıxış imkanlarını,  dövlətin neft siyasətinin mahiyyətini  anlanma səviyyəsini yüksəldib,  şəffaflığın artırılmasına yardımçı olub  və s.
-       «Neft və qaz  haqqında» qanun layihəsini hazırlayıb. 2005-2007-ci illrdə «Neft və qaz  haqqında» qanun layihəsinin yaradılmasına və 2008-ci ildə MM-də qeydiyyata alınmasına nail olub. Daha sonra bu qanun layihəsinin qəbuluna nail olmaq üçün lobbiçilik işi aparıb.
-       «Neft vəqaz haqqında» qanun layihəsinin MM-də müzakirəsinə nail olunub. Himayədarın hazırladığı «Neft və qaz haqqında» Azərbaycan Respublikası Qanunu layihəsinin 2008-ci ildə MM-in mövafiq komissiyasında ilkin mözakirəsinin keçirilməsi Azərbaycan mühitində əldə edilməsi mümkün olan böyük nəalyyətlərdən biridir. Təkcə ona görə yox ki, bu qanun QHT-lərin hazırladığı cox azsaylı qanun layihələrindən  biridir, həm də ona görə ki, neft kimi hökumətin-birbaşa ölkə prezidentinin inhisarında olan və bashqaları üçün “tabu” qoyulan bir məsələdə ictimaiyyətin neft sektorunun qanunla idarə olunması  tələbi nəzərə alınır.
-       Neft sektorunun idarəolunmasında mövcud ənənədən imtinaya inam. İndiyədək  neft ölkəsi olan Azərbaycanda neft haqqında qanun yoxdur, bu sektor ölkə prezidentinin fərman və sərəncamlari ilə idarə olunub. Azərbaycanın neft  qanunvericiliyi bu fərman-sərəncamlardan, MM-də radifikasiya olunaraq qanun statusu almış xarici neft şirkətləri ilə bağlanmış müqavilələrdən və dolayısi ilə neft sektoruna aidiyyatı olan (məsələn, “Ətraf mühitin qorunması” haqqında AR-nın qanunu  və s. bu kimi) qanunlardan ibarətdir. İlk dəfə Himayədar “Neft və qaz haqqında” AR-nın qanun layihəsini hazırlayıb və həm ictimai, həm də parlament müzakirəsinə  nail olub.  Himayadarın fəaliyyətləri nəticəsində neft sektorunun və neft gəlirlərinin  qanunla idarə olunmasının ictimai tələb və sosial sifariş səviyyəsində sərgilənməsi hakimiyyəti özüunün indiyəqədərki mövqeyindən («neft sektorunun qanunla idarə edilməsi müzakirə belə olunmayası  məsələdir») bir addım geri çəkilməyə vadar etdi ki, bu da  əhalidə bu sahədə dəyişiklik etməyin mümkünlüyünə müəyyən qədər  inam yaradıb.
-       Himayədarın “Neft və qaz haqqında” qanun layihəsi  stimullaşdırıcı rol oynayıb. Himayədarın “Neft və qaz haqqında” qanun layihəsinin MM-də müzakirəsi  bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə təşəbbüsləri artırıb. Bu iki «cəbhədə» (cəmiyyətdə və hökumətdə) müşahidə olunub. Cəmiyyətdə: Vətəndaş cəmiyyətinin digər uzvləri də (məsələn, EİTİ koalisiyası) neftlə  bağlı digər bir  qanun layihəsi  hazırlayıb. Hələlik ictimai müzakirəyə cıxarilmasa da qanun üzərində iş yekunlaşıb. Hökumətdə:  MM-in İqtisadi Siyasət daimi Komissiyasının «İxrac məqsədli neft-qaz fəaliyyətlərinə xüsusi-iqtisadi rejimin tətbiqi haqqında» qanun layihəsi hazırlaması  və hətta onu MM-də 1-ci oxunuşda qəbul eləməsi  bunun bariz sübütüdür.  Doğrüdür, hökumətin əsas  qanunu bir kənara qoyub bu sahənin tənzimləməsiylə bağlı az əhəmiyyətli qanunun qəbuli ilə məşğul olması əslində  ictimai fikri əsas qanundan yayındırmaq cəhdi kimi qiymətləndirilməlidir. Lakin bu həm də hökumətin ictimaiyyətin neft sektorunun qanunla idarə  olunması tələbi qarşısında geri çəkilməsinin göstəricisidir.
-       «Neft gəlirləri,  rasional bölgü və davamlı inkişaf»  makromodeli hazırlanıb. Hökumətin və beynəlxalq təşkilatların bir sıra cəhdlərinə baxmayaraq İndiyədək Azərbaycan hökuməti neft-qaz gəlirlərinin rasional strateji menecmentini təmin etməmişdir. Himayədar bu məsələnin həllinə qoşulan  yeganə QHT-dir. Neft gəlirlərindən səmərli istifadə olunması daha dəqiq, uzunmüddətli dövrə hədəflənmiş elmi bazaya və sistemli yanaşmaya əsaslanan bir  konsepsiyanın hazırlanmasını zəruri edirdi. Himayədar bu vəzifənin öhdəsindən gəldi. Yaradılan iqtsisadi model nəinki tükənən neft gəlirləri şəraitində,  hətta post-neft dövründə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir. Himayədarın təklifi mütərəqqi dünya təcrübəsində uğur qazanmış klaster yanaşmasına əsaslanır (Klaster yanaşması ölkənin daha çox rəqabət üstünlüyünə malik olan sahələrinin inkişaf etdirilməsini nəzərdə tutur). Dünyada  coxdan tətbiq olunsa da Azərbaycan üçün klaster secimi yolunu ilk dəfədir ki, Himayədar təklif edir.
-       Neft gəlirlərinin idarəolunmasının (və ümumiyyətlə, iqtisadi proseslərin)  modelləşməsinin dərki və ictimai tələbə çevrilməsinə nail olunub.  Hələ 2003-cü ildən bəri modelləşmə ilə bağlı Himayədar ardısıl iş aparır. Bu istiqamətdə reallaşdırılan  işlər  öz bəhrəsini verir. Artıq cəmiyyətin müəyyən təbəqələri (elmi ictimaiyyət, iqtisadi təmayüllü QHT-lər, KİV-lər və s.)  modelləşmə ilə bağlı məsələnin həllinin vaxtının çoxdan çatdığını dərk edir, bu məsələnin ictimailəşməsinə qoşulur.
-       Hökumətin təklif olunan modelə  müsbət reaksiyasina nail olunub.  Modelin cəmiyyətə və hökumətə təqdimatından sonraki mərhələdə bəzi dövlət rəsmilərinin bu məsələ ilə bagli ümumi fikirlər səsləndirməsi, mövqe ifadə etməsi müşahidə olunur. Və hələ ki, Himayədarın təklifinə konkret  mənfi münasibət bildirilməyib.  Mərkəzi Bankın İH-nin sədri Elman Rüstəmov isə bu məsələ ilə bagli “Exo” qəzetinə ayrıca müsahibə verib və konkret olaraq klaster yanaşmasına müsbət münasibət bildirib. Artiq İqtisadi İnkişaf Naziri Şahin Müstafayev də mətbuatda ölkə iqtisadiyyatının klasterial inkişaf modelinin təqdir etdiyini bəqan edib. Bunu klaster məsələsinin həm də yuxarı səviyyələrdə gündəmə gəlməsinin göstəricisi və dəstək saymaq olar.
-       Təbii ehtiyatların idarə olunması sahəsində ölkənin şəffaflıq  səviyyəsinin qiymətləndirilməsi. Əldə olunan nəaliyyətlədən biri də BVF-nun təbii etiyatların idarəolunmasında şəffaflıq prinsipləri əsasında ölkədə neft ehtiyatların idarəolunmasının şəffaflıq səviyyəsinin qiymətləndirilməsidir. Bu ölkədəki ilk belə qiymətləndirmədir. Bunun təsiri nəticəsi kimi hökumətin bir sıra addımlarını qeyd etmək olar; məsələn, neft qanunveruiciliyinin təkmilləşdirilməsi yönündə hökumətin atdığı ilk addım- «İxrac məqsədli neft-qaz fəaliyyətlərinə xüsusi-iqtisadi rejimin tətbiqi haqqında» qanunun qəbulu; ARDHF-dən ayrılan vəsaitlər hesabına qaçqın və məcburi köckünlər üçün yeni qəsəbələri salan tikinti  şirkətlərinin tender əsasında (əvvəllər QacqınKom bu işləri özünün  yaratdığı tikinti şirkətlərinə həvalə edirdi ) secilməsi və s.  
-       Təbii ehtiyatların idarə olunması sahəsində ölkənin şəffaflıq səviyyəsi haqqında alternativ informasiya almaq imkanının yaranması. Himayadarın bu istiqamətdəki  fəaliyyətləri (BVF-nun şəffaflıq prinsipləri əsasında ölkədə təbii etiyatların idarəolunmasının şəffaflıq səviyyəsinin qiymətləndirilməsi, NF-nun vəsaitlərinin xərclənməsinin monitorinqi və s.)  istəyən hər kəs üçün təbii ehtiyatların idarə olunması sahəsində ölkənin şəffaflıq  səviyyəsi haqqında alternativ (həm hökumətin, həm də beynəlxalq təşkilatların açıqlamalarına alternativ) informasiya almaq imkanı yaradıb.  
Hazırda təşkilat:
-       “Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində” mövzusunda tədbirlərin təşkili (I Mərhələ)  layihəsini həyata keçirməkdədir.


Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню