MİSSİYA BƏYƏNNAMƏSİ - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

MİSSİYA BƏYƏNNAMƏSİ

HAQQIMIZDA
 

HİMAYƏDAR HUMANİTAR TƏŞKİLATININ
MİSSİYA BƏYANNAMƏSİ

1.     Biz Azərbaycan cəmiyyətində elə bir mühit yaratmaq istəyirik ki, orada əhalinin bütün təbəqələrinin sosial-iqtisadi hüquqları təmin olunsun.
2.     Biz inanırıq ki, sosial-iqtisadi hüquqların təminatı sosial ədalətin başlıca şərtidir və sosial ədalət mühiti şəxsiyyətin formalaşması, cəmiyyətin bütövləşməsi və dövlətin güclənməsində rol oynayan başlıca faktorlardan biridir.
3.     Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün biz sosial-iqtisadi problemlər ətrafında tədqiqatlar aparır; müxtəlif proqramlar, layihələr və qanunvericilik sənədlərinin monitorinqini keçirir; qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə millət vəkilləri arasında lobbiçilik fəaliyyəti qurur; qanun layihələri hazırlayır, media təmsilçiləri üçün treninqlər və müsabiqələr keçirir; müxtəlif sahələrdə çalışan şirkətlərlə əməkdaşlıq edir; müxtəlif sahələrdə şəffaflığın artırılmasına xidmət edən informasiyaları toplayır və yayır; şəffaflığın artırılması istiqamətində fasiləsiz media kampaniyası həyata keçirir; əhali arasında maarifləndirmə işləri həyata keçirir; öz bölgə ofislərimiz vasitəsilə regionlarda fəaliyyət göstərir; müxtəlif sahələrlə bağlı məsləhət xidmətləri göstərir; səyyar kitabxanalar və təbliğat-məsləhət briqadaları yaradır; filmlər və teleradio verilişləri hazırlayır; televiziyada müxtəlif mövzularla bağlı tok-şoular təşkil edir; müxtəlif tərəflər arasında dialoqun təşkili üçün vasitəçilik edir, seminar və konfranslar təşkil edir; çap məhsulları və plakatlar hazırlayır və yayır; əhalini daimi fəaliyyət göstərən kitabxana və informasiya resurs mərkəzi ilə təmin edir; vətəndaşlarla hökumət qurumları arasında əlaqə yaradır; və ölkənin sosial-iqtisadi həyatını əhatə edən başqa çoxsaylı tədbirlər həyata keçiririk.
4.     Bizim gücümüz və başqalarından fərqimiz sosial-iqtisadi və siyasi meylləri əks etdirən akademik yönlü, elmi cəhətdən əsaslandırılmış analitik-informasiya məhsullarımızdadır. Hökumət-vətəndaş münasibətlərində hesabatlılıq və şəffaflığa nail olmaq istiqamətində göstərdiyimiz fəliyyətin ən parlaq cəhətləri prinsipiallıq, ardıcıllıq və məqsədyönlülükdən ibarətdir.
 
 
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню