GÜCLÜ TƏRƏFİMİZ - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

GÜCLÜ TƏRƏFİMİZ

HAQQIMIZDA
 

Himayədar Humanitar Tərəqqi İctimai Birliyi problemlərin təhlili və analizi, vəkillik və lobbiçilik, sosial-iqtisadi-hüquqi analiz və sosial-iqtisadi-hüquqi məlumatilandırma və maarifləndirmə üzrə ixtisaslaşıb. Himayədar jurnalistlər, iqtisadçılar, sosioloqlar və hüquqşünaslar da daxil olmaqla, individiumların geniş diapozonlu ekspertizasına əsaslana bilir.
Bizim gücümüz və başqalarından fərqimiz sosial-iqtisadi və siyasi meylləri əks elətdirən  akademik yönlü, elmi cəhətdən əsaslandırılmış analitik-informasiya məhsullarımızdadır. Hökümət-vətəndaş münasibətlərində hesabatlılıq və şəffaflığa nail olmaq istiqamətində göstərdiyimiz fəaliyyətinən parlaq cəhətləri prinsipiallıq, ardıcıllıq və məqsədyönlülükdən ibarətdir.
Hələ 2006-cı ildə donorun təyin etdiyi kənar qiymətləndirici olaraq Təşkilatin fəaliyyətini qiymətləndirən Amerikalı müstəqil qiymətləndirici Keyt Volter öz hesabatında aşağıdakıları qeyd edir: “Himayədar yeganə təşkilatdır ki:
-         strategiyası məqsədli jurnalistika ilə məqsədyönlü tədqiqatların (siyasi, iqtisadi, sosioloji) vəhdəti əsasında formalaşıb;
-         geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və daima dərc olunan aktual məqalələr  hazırlayıb çap etdirir.
-         problemi təyin etmək və onun həll olunması üzərində ardıcıl çalışmaq qabilliyəti ilə fərqlənir.
-         yerinə yetirdiyi analitik və tədqiqat işi QHT-lərin fəaliyyətində çox önəmli bir boşluğu doldurur və keyfiyyəti ilə fərqlənir. Onun gücü nəşrlərində, akademikyönlü, elmi cəhətdən əsaslandırılmış iqtisadi, siyasi və sosisoloji meylləri əks etdirən təhlili informasiyanın yayılmasındadır.
-         Məqsədi neft gəlirlərini yoxsulluğun azaldılmasına yönəltmək və dövlət hesabatlılığını təmin etmək, bu gəlirlərin Azərbaycan vətəndaşlarına verə biləcəyi imkanları təmin etmək üçün sərvətlərin yenidən bölüşdürülməsi və bunun vasitəsilə cəmiyyətdə daha böyük ədalətə nail olmaqdır. Və bu məqsəd bəzən həm beynəlxalq,  həm yerli QHT-lərin məqsədlərindən fərqlənir- bu onu  qeyri-adi göstərir.
-         neft gəlirlərinin şəffaflığı barədə diskussiyanın çərçivələrini yenidən müəyyənləşdirməklə məşğuldur.
-         neft məsələlərinə Azərbaycanda fəal olan beynəlxalq təşkilatlardan daha çox diqqət yetirir. Təşkilat şəffaflıq və Neft Fondu haqqında debatlar və dialoqun çərçivələrini müəyyənləşdirən beynəlxalq  idarəli OSİ konsorsiumu ilə tarazlıq yaradır.
-         EİTİ koalisiyası ilə müqaisədə hökümətə qarşı daha tələbkar mövqedə durur.”
 
 
 
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню