BİZ KİMİK? - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

BİZ KİMİK?

HAQQIMIZDA

“Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi

1.    Ümumi məlumatlar:
-         yaranma tarixi: 20.06.1999-cu il
-         dövlət qeydiyyatına alınma  tarixi: 28.02.2007-ci il.
-         məqsədi:  təşkilatın məqsədi əhalinin aztəminatlı hissəsinin sosial-iqtisadi hüquqlarının qorunması və bu  hüquqlarının təminatının yaxşılaşdırılmasına kömək etməkdən ibarıtdir.
-         əsas tərəfdaşları: Dövlət və qeyri- dövlət  qurumları, beynəlxalq təşkilatlar və səfirliklər.
-         üzv olduğu yerli koalisiyalar: EİTİ koalisiyası, “Yoxsulluga Qarşı Qlobal Cagrış” Azərbaycan  Milli Koalisiyası, Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası.
-         üzv olduğu beynəlxalq qurumlar: “Ödədiyini acıqla!”, “Yoxsulluga Qarşı Qlobal Cagrış” və s.
-         regional şöbələri: Gəncə,  Bərdə, Şirvan, Füzuli və Quba.
-         İdarə Heyətinin  sədri: İsmayılova Himayət Rizvan qızı
2.    Təşkilatın qısa tarixi, əsas  qabiliyyətləri və inkişaf fokusu
Himayədar Humanitar Tərəqqi İctimai Birliyi - Bakıda yerləşən qeyri-hökumət təşkilatıdır. Əhalinin yoxsul təbəqəsini  dəstəkləmək və qərar verən orqanlarda onların müdafiəsini təşkil etmək məqsədilə 1999-cu ilin iyununda bir qrup jurnalist,  sosioloq, iqtisadçı və hüquqşünas   tərəfindən yaradılıb. 2007-ci ilədək  Himayədar Humanitar Təşkilatı adı ilə fəaliyyət göstərib, 2007-ci il fevralın 28-də Himayadar Humanitar Təəqqi İctimai Birliyi adı ilə dövlət qeydiyyatına alınıb.
Təşkilat problemlərin təhlili və analizi, vəkillik və lobbiçilik, sosial-iqtisadi-hüquqi analiz və sosial-iqtisadi-hüquqi məlumatilandırma və maarifləndirmə üzrə ixtisaslaşıb. Hazırda Himayədar jurnalistlər, iqtisadçılar, sosioloqlar və hüquqşünaslar da daxil olmaqla, individiumların geniş diapozonlu ekspertizasına əsaslana bilir.
Himayadarın inkişaf tarixindəki əsas prinsipial dəyişiklikləri onun əsas fəaliyyət pioritetləri ilə əlaqələndimək olar. Belə ki, fəaliyyətinin ilk illərində təşkilat əsasən sosial hüquqların-xüsusən də, təhsil və səhiyyə hüquqlarının təminatı sahəsində mövcud  problemlərlə məşğul olurdu. 2001-ci ildən isə  işlədiyi  bütün məsələlərə ölkədə yoxsulluğun azaldılması kontekstindən yanaşmaqla neft sektorundakı önəmli problemlərin araşdırılması, neft gəlirlərinin səmərəli istifadəsi problemi, neft gəlirlərinin strateji menecmenti, neft sektoru üzrə qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin neft gəlirlərindən bəhrələnmə səviyyəsinin artırılması, neft sənayesi haqda əhalinin məlumatlılıq səviyyəsinin yüksəldilməsi, şəffaflıq problemləri onun fəaliyyətində pioritet təşkil edib.
Bununla yanaşı, bu illər ərzində Himayadar  paralel olaraq müxtəlif (məsələn, ana və uşaq ölümü, yoxsul qadınların ilkin səhiyyə xidmıtlərinə çıxış imkanlarının qiymətləndirilməsi,  reproduktiv sağlamlıq və s. kimi) sosial problemlər üzərində işini davam etdirib.
2010-cu ildə Himayədar Oxfam Novibin Gender Meynstriminqin Öyrənilməsi Trayektoriyası adlanan layihəsində iştirak edib və bunula da gender məsələləri üzrə işləmək öhdəliyini bir daha  təsdiqləyib. Baxmayaraq ki, təşkilat əvvəllər də gender balansına nail olmaq, habelə təşkilat səviyyəsində və regionlarda qadınların statusunun yaxşılaşdırılması sahəsində ciddi addımlar atmışdı (Təşkilati struktur gender balansı üzərində qurulub və qadınlar kişilərlə bərabər qərar qəbul etmə prosesində iştirak edirlər, təşkilatın bəzi layihələri və prosedurları qadın problemlərini əhatə edir və s.).


 
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню