Ailə və psixologiya - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

Ailə və psixologiya

İNFORMASİYA BAZASI

Ailə və psixologiya

Hansı ailə tipləri var və hər tipin psixo-sosial xüsusiyyətləri nələrdir.

Bilirsiniz ki, insanların artım və yaşam formalarından biri də ailələrdir. Dünyada əsasən 5 ailə tipi var. 5 ailə tipindən birincisi klassik ailə tipidir ki, buna geniş ailə tipi deyilir. Geniş ailə tipinin psixo – sosial tərəfləri hansı formadadır? Geniş ailə tipi deyəndə ana, ata, uşaqlar, baba, nənə, əmi, dayı, xala, bibi ümumi olaraq ailənin içərisinə aid edilirlər və ailə anlayışındakı münasibətlər hər birini əhatə edir. Geniş ailə tiplərinin problərindən biri də daxili münasibətlərdə valideynlərin yeni qurulmuş ailələrdəki münasibətlərə birbaşa qarışmasıdır. 2-ci ailə tipinə modern ailə tipi deyilir. Yəni çəkirdək ailə tipi. Burada ana, ata və uşaqlar olur. Bu tip ailələrin üstünlüyü odur ki, bu ailələr daha müstəqil, effektli və çevik qərarlar vermək imkanına malikdirlər. Və ailə ilə bağlı münasibətlərdə, verilən qərarlarda daha çevik davrana bilirler. Mənfi cəhətləri isə yardımlaşma və paylaşma zəifdir, uşaqlarla ünsiyyət bir çox hallarda problemli olur. Çünki müəyyən yaş böhran dövrlərində uşaqların valideynlərdən uzaqlaşması prosesi baş verirki azərbaycan mental təfəkkürünə uyğun olaraq onlarla ünsiyyətini başqa sferalara keçirməkdə çətinlik çəkirlər. 3-cü ailə tipi yarımçıq ailə tipləridir. Buna boşanmış ailələr aid edilir. Boşanmış ailələrdə hər iki tərəfin boşandıqdan sonrakı müddətdə uşaqlar üzərindən ünsiyyətin davam etdirilməsi mövcuddur. Yarımçıq ailə tipinin üstün tərəfi hər ikisinin müstəqilliyini əldə etməsidir. Zəif cəhəti isə bir çox hallarda hər iki tərəf posdramatik stress yaşayırlar və sosial münasibətlərdə ciddi qırılmalara məruz qalırlar. Uşaqlar çox ciddi psixoloji və nevrotik problemlər yaşaya bilirlər. Və problemlər ömür boyu onların şüur altında travma olaraq oturduqdan sonra onların həyatına ciddi şəkildə təsir göstərə bilir. Birtərəfli ailə tipləri vardır ki, bu ailə tipi ata anadan birinin ölümü ilə ortaya çıxan ailə tipidir. Bu ailə tipində sağ qalan tərəfdə ciddi psixo – sosial və ciddi travmatik zədələr qalır ki, bu da çox zaman depressiya, stress və başqa psixoloji problemlər ortaya çıxara bilər. 5-ci tip vətəndaş nigahıdır. Vətəndaş nigahı odur ki, iki insan ortaq yaşamaq qərarı verirlər və birlikdə yaşamağa başlayırlar. Vətəndaş nigahlarında sosial mühitin fikirləri nəzərə alınmır və onları birgə yaşam həyatı başlayır. Burada hər iki tərəfdə daimi gərginlik var. Daimi gərginliyi tərk edilmək qorxusu yaradır. Əgər vətəndaş nigahından dünyaya gəlmiş uşaqlar varsa o uşaqlarda daimi depresiv bir düşüncə tərzi formalaşır. Çünki tərk edilmək qorxusunu daimi olaraq ana bətnində olarkən hiss edirlər və əksər hallarda travmalı olaraq doğulurlar.

Taryel Faziloğlu



Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню